مرکز حمایت از پناهندگان- آزربایجان جنوبی

Sığınmacılar Yardımlaşma Mərkəzi- Güney Azərbaycan

 

 

 

 

کمک به انجمن

برای ارسال کمک مالی می توانید با مسئول مرکز پناهندگان، آقای مکاریدوست تماس گرفته و نحوه ی ارسال کمکها را دریافت نمایید.

Mərkəz-ə yardım etmək istəyən yoldaşlar dərnək sorumlusu sayın Arəş Mukaridust bəyilə əlaqə saxlayıb bilgi alsınlar.

 

 

اطلاعات ضروری و لینکهای مفید - Önəmli Bilgilər və Linklər

تمامی حق و حقوق، تعهدات و خدماتی که برای شما فراهم می‌باشد را اینجا میتوانید پیدا کنید:

 

http://help.unhcr.org/turkey/fa/

Haklarınız, yükümlülükleriniz ve size sunulan hizmetler hakkında daha fazla bilgi sahibi olmak ister misiniz?

http://help.unhcr.org/turkey/tr/

 

وب سایت مرکز اطلاعات پناهندگان سازمان اسکان مجدد آی سی ام سی در ترکیه و خاورمیانه:

 

https://rsc.icmc.net/login

 

BM Mültəci Örgütü  کمیساریای عالی سازمان ملل در امور پناهندگان

http://www.unhcr.org/tr/

 

مشاهده وضعیت پرونده  در کمیساریای عالی سازمان ملل در امور پناهندگان – UNHCR

 

http://results.unhcr.org.tr/

بیزیم حاقدا - Bizim Haqda

بیلیندیغی کیمی گونئی آذربایجان‌دان مجبوری کؤچه معروز قالان میللی فعال‌لار دوغما وطنینی ایستمه‌دن ده اولسا ترک ائتمک زوروندا قالیر، گونئی آذربایجانی ترک ائدیر قارداش اؤلکه تورکییه یه سیغینماق زوروندا قالیرلار.

بونا باخا‌راق تورکییه ده بیر چوخ زورلوق‌لارلا اوزلشیرلر. بعزی‌لری تانیدیق‌لاری یاخین دوستلاریندان‌ یاردیم آلیب و سورون‌لارین هامی‌سی دا اولماسا بعزی‌سینی چؤزه بیلیرلر، آما بو هر کسه کئچرلی دئییل و او اوزدن گلدیک‌لری گون‌دن نه ائدیب هانسی یولو ایزله‌ییب و نه ائدجغین شاشیران‌لار بیله اولور.

بیرلشمیش میللت‌لر آفی‌سینده قئید اولدوق‌دان سونرا سورون‌لار تک-تک اوزه چیخیر. سورون‌لارین بیر نئچه‌سی عبارت‌دیر (گؤندریلن شهره گئتمک ، اوردا ائو کورالاماق ، ایش گوج و ...)

بو سورون‌لارلا اوز اوزه گلن فیکیرداش‌لاریمیز چوخ‌لو ایسترئس و چتین‌لیکله هایات‌لارینی سوردورورلر.

مع الاسف بو گونه دک بئله اولموش . بیزده بو سورون‌لاری گؤزه آلا‌راق بو یولدا آدیم آتماق ایسته دیک و یورد دیشینا چیخیب اؤز دوزن‌لرین قوران میللی حرکتده صادقجه‌سینه یولونا داوام ائدن‌لرین یاردیم‌لاریله، وطنی یئنی ترک ائدن فیکیرداش‌لارا یاردیم ائتمک اوچون، بو سیته نی یولا سالدیق. بو یولدا بوتون میللی فعال‌لاری امکداشلیغا دعوت ائدیریک. بو یول، وطن یولو...

 

Bilindiği kimi Güney Azərbaycandan məcbüri köçə məəruz qalan milli fəallar doğma vətənini istəmədən də olsa tərk etmək zurunda qalır, Güney Azərbaycanı tərk edir qardaş ölkə Türkiyə yə sığınmaq zurunda qalırlar.

Buna baxaraq Türkiyə də bir çox zorluqlarla üzləşirlər. Bəəziləri tanıdıqları yaxın dostlarından yardım alıb və sorunların hamısı da olmasa bəəzisini çözə bilirlər, ama bu hər kəsə keçərli dəyil və o üzdən gəldikləri gündən nə edib hansı yolu izləyib və nə edəcəğin şaşıranlar bilə olur.

Birləşmiş millətlər afisində qeyd olduqdan sonra sorunlar tək-tək üzə çıxır. Sorunların bir neçəsi ibarətdir (göndərilən şəhərə getmək , orda ev koralamaq , iş güc və ...)

Bu sorunlarla üz üzə gələn fikirdaşlarımız çoxlu stres və çətinliklə hayatlarını sürdürürlər.

Məələsəf bu günədək belə olmuş . Bizdə bu sorunları gözə alaraq bu yolda adım atmaq istədik və yurd dışına çıxıb öz düzənlərin quran milli hərəkətdə sadiqcəsinə yoluna davam edənlərin yardımlarılə, vətəni yeni tərk edən fikirdaşlara yardım etmək üçün, bu sitəni yola saldıq. Bu yolda bütün milli fəalları əməkdaşlığa dəəvət edirik. Bu yol, Vətən yolu...



 

sığınmacılar yardımlaşma mərkəzi- Güney Azərbaycan (SYMGA) bir müstəqil quruluşdur və heç bir yerə bağlılığı yoxdur, sadəcə Türkiyədə yaşayan Güney Azərbaycanlı milli aktivist sığınmacılara yardım etmək amacı ilə qurulmuşdur.

 

Hədəflər

  1. 1. Türkiyədə yaşayan Güney Azərbaycanlı milli aktivist sığınmacılara mali və məənəvi yardımlarda bulunmaq.
  2. 2. Türkiyədə Güney Azərbaycan ilə bağlı qurulan sərgilərdə sponsorluq.
  3. 3. Güney Azərbaycan tarixi və kültürü haqqında Türkiyədə tanıtım yapmq.
  4. 4. Yurt dışında olan Güney Azərbaycanlı aktivistlərin məənəvi və maddi problemlərini azaldır yardım etmək.

 

Vəzifələr

  • Yardım sevır fikirdaşlar və soydaşlarımızla əlaqə qurmaq.
  • Yardıma ehtiyacı olanlar ilə sıxlıqla irtibata geçmək.
  • Alınan və edilən yardımları listələyərək bütün bəlgələri bir arada tutaraq, gərəkəsirsə açıqlamaq.

 

İlkələr

  1. 1. Əmanətə Sədaqət : Əlimizə geçən bütün yardımlar bir əmanətdir ta ki əsli sahibi olan qurbətdəki soydaşımıza çattırılsın.
  2. 2. Əhdə Vəfa : bu yola girməyimizin əsli nədən, arzumuz və onurumuz, Xalqımız və Güney Azərbaycanın Milli Hərəkatına olan əhdimizə vəfalı qalmaqdır.
  3. 3. Şəffaflıq : Verilən bütün yardımları son anına dək (ehtiyac sahibinin əlinə çatana dək) təəqib edilməsi prinsipimizdir.
  4. 4. İnsan Qururuna Hörmət : Hər insan kəramət , izzət, və hörmətini zədələyəcək bir rəftar bizim quruluşdan uzaqdır və insanların qururu bizim üçün ən üstün dəyərə malikdir.
  5. 5. Müstəqillik : Quruluşumuzun fəaliyətləri heç bir partiya Və təşkilata bağlı dəyil, hümanitar prinsiplərə görə hərəkət edir.

Bağlı olduğumuz Dəyərlər sistemi, Nəyi tələb edirsə elə davranmağı seçirik.

Sığınmacılar Yardımlaşma Mərkəzi- Güney Azərbaycan(SYMGA) yalnız yardım verən və alan arasında köprüdür.

Vətəni tərk etmək zorunda qalan soydaşlarımızın və yurddışında (Türkiyədə olan soydaşlar) çoxlu zorluqlar ilə üzləşən milli Fəallarımızı ağır həyat yükünü bir balaca azaltmaq istəyirik. Ümüd edirik bu yolda başarılı olub ana vətənimizə və Azərbaycan millətinin qarşısında başı uca olur görəvimizi yerinə gətirək. Ən üstün diləgimiz budur.